Naninin yeni klubu müəyyənləşdi - Rəsmi
Transfer

Naninin yeni klubu müəyyənləşdi - Rəsmi

  • 2022-01-15

Portuqaliya millisinin sabiq üzvü Luiş Nani "Venesiya" ilə müqavilə imzalayıb. 

Bu barədə İtaliya klubunun "Tvitter" səhifəsi məlumat yayıb.

 35 yaşlı portuqaliyalı cinah oyunçusu MLS-in "Orlando" klubu ilə müqaviləsi başa çatdıqdan sonra azad agent olub. O, burada 88 ​​oyunda 31 qol vurub və 25 qolun ötürməsini verib.

Qeyd edək ki, "Venesiya" İtaliya A seriyasında 17 xalla 16-cı pillədə qərarlaşıb.