Mustafa Dənizli istefaya göndərildi
- 2022-01-14
Türkiyənin "Altay" klubunun baş məşqçisi Mustafa Dənizli istefa verib.
Superliqa təmsilçisinin rəsmi saytına istinadən, 73 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Xərər Lənkəran"ın sabiq baş məşqçisi ötən ilin aprelindən "Altay"ı çalışdırırdı. Komanda hazırda Superliqada 18 xalla 20 komanda arasında 18-ci pillədə qərarlaşıb.