"Barselona" türk futbolçu ilə yolları ayırdı
Transfer

"Barselona" türk futbolçu ilə yolları ayırdı

  • 2022-01-13

"Barselona" futbolçusu Yusuf Demirlə yolları ayırıb.

Klubun saytına istinadən, türkəsilli avstriyalı oyunçu ilə icarə müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv olunub. O, müqavilə ilə məxsus olduğu Avstriya "Rapid"inə qayıdıb.

"Sport" nəşri yazıb ki, Kataloniya təmsilçisi 19 yaşlı oyunçu ilə maddi səbəblərdən yolları ayırıb. Demir "Barselona"da 10 rəsmi matça çıxacağı halda, klub 10 milyon avro təzminat ödəyib onu heyətinə qatmalı idi. Buna görə klub 9 rəsmi oyun keçirən futbolçu ilə müqaviləni ləğv edib.

Qeyd edək ki, Y. Demir La Liqada 3, Çempionlar Liqasında isə 6 matçda oynayıb.