"Beşiktaş" baş məşqçisini açıqladı
Transfer

"Beşiktaş" baş məşqçisini açıqladı

  • 2022-01-13

"Beşiktaş"ın baş məşqçisinin adına aydınlıq gəlib.

Bu barədə İstanbul klubunun prezidenti Ahmet Nur Çebi təşkil etdiyi mətbuat konfransında açıqlama verib. O, yollarına Sərgən Yalçının gedişindən sonra müvəqqəti olaraq onu əvəz edən Önder Karaveli ilə davam edəcəklərini bildirib. Çelebi mütəxəssisin baş məşqçi kimi artıq təsdiqləndiyini söyləyib və onu ictimaiyyətə təqdim edib.

Qeyd edək ki, "Beşiktaş" hazırda Superliqanın turnir cədvəlində 29 xalla 9-cudur.

Xatırladaq ki, Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ"ınn akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub.