"Qalatasaray"ın yeni baş məşqçisi açıqlandı
Transfer

"Qalatasaray"ın yeni baş məşqçisi açıqlandı

  • 2022-01-11

"Qalatasaray"ın yeni baş məşqçisi müəyyənləşib.

"NTV Spor"a istinadən, bu barədə klub prezidenti Burak Elmas açıqlama verib.

O, ispaniyalı məşqçi Domenek Torrenlə anlaşdıqlarını bildirib. Klub rəhbərinin sözlərinə görə, 60 yaşlı mütəxəssisi əvvəlcə Fatih Terimin köməkçisi kimi gətirmək istəyiblər. Ancaq sonradan Torrenin komandanı çalışdırmasına qərar verilib.

Domenek Torren 2013-2016-cı illərdə "Bavariya"da, 2016-2018-ci illərdə isə "Mançester Siti"də Xosep Qvardiolanın köməkçisi olub. O, 2018-2019 mövsümündə ABŞ-ın "Nyu-York" siti klubunun baş məşqçisi olub.

Qeyd edək ki, "Qalatasaray" ötən gün Fatih Terimlə yollarını ayırıb.