"Borussiya"dan yeni transfer
Transfer

"Borussiya"dan yeni transfer

  • 2022-01-11

Almaniyanın "Borussiya" (Dortmund) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Bundesliqa təmsilçisi İtaliya "Sampdoriya"sından Filippo Maneni transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 16 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Mane "Sampdoriya"nın U-19 komandasında çıxış edirdi. Seneqal əsilli müdafiəçi İtaliyanın U-17 yığmasına dəvət alır.