"Qalatasaray"da daha iki ayrılıq
Transfer

"Qalatasaray"da daha iki ayrılıq

  • 2022-01-10

"Qalatasaray" baş məşqçisi Fatih Terimlə yolları ayırdıqdan sonra daha iki nəfərlə də yolları ayırıb.

Türkiyə mətbuatına istinadən, köməkçi məşqçilər Necati Ateş və Selçuk İnan da klubdan göndərilib.

Qeyd edək ki, İstanbul təmsilçisi bu gün Terimi istefaya göndərdiyini açıqlamışdı.