Umtiti ilə bağlı qərar verdi - Rəsmi
Transfer

Umtiti ilə bağlı qərar verdi - Rəsmi

  • 2022-01-10

"Barselona" futbolçusu Samuel Umtiti ilə müqaviləni uzadıb.

Klubun rəsmi saytına istinadən, fransalı müdafiəçinin yeni sözləşməsi 2026-cı ilin yayına qədərdir.

Qeyd edək ki, Samuel Umtiti 2016-cı ildən "Barselona"da çıxış edir. Onun komandadan ayrılacağı haqda xəbərlər yayılmışdı.