"Qalatasaray" Fatih Terimlə yollarını ayırdı - Rəsmi
- 2022-01-10
"Qalatasaray" baş məşqçisi Fatih Terimlə yollarını ayırıb.
Bu barədə klubun rəsmi sosial şəbəkəsi yayıb. Bu gün İstanbul klubunun prezidenti Burak Elmas və İdarə heyətinin iştirak etdiyi iclasda Terimlə bağlı qərar verilib.
Qeyd edək ki, 1996-2000, 2002-2004, 2011-2013-cü illərdə "Qalatasaray"ı çalışdıran Terim 2017-ci ildə 4-cü dəfə komandaya gətirilmişdi. Uğursuz mövsüm keçirən "Qalatasaray" hazırda Superliqada 20 turdan sonra 27 xalla 12-ci pillədə qərarlaşıb.