"Mançester Yunayted"dən ayrılmağa hazırdır
Transfer

"Mançester Yunayted"dən ayrılmağa hazırdır

  • 2022-01-01

"Mançester Yunayted"in yarımmüdafiəçisi Xuan Mata qış transfer pəncərəsində klubunu dəyişə bilər.

Britaniya mətbuatına istinadən, 33 yaşlı futbolçu yanvarda İngiltərə təmsilçisindən ayrılmağa hazırdır. Bildirilib ki, klub rəhbərliyi Mata üçün yaxşı təklif alacağı təqdirdə, onu başqa kluba buraxacaq.

Matanın klubu ilə hazırkı müqaviləsi 2022-ci ilin yayına kimi hesablanıb. O, bu mövsüm cəmi 3 matçda oynayıb.