Ukraynalı futbolçu İngiltərəyə transfer olundu
Transfer

Ukraynalı futbolçu İngiltərəyə transfer olundu

  • 2022-01-01

Kiyev "Dinamo"sunun futbolçusu Vitali Mikolenko "Everton"a transfer olunub.

Bu barədə Ukrayna klubunun saytı məlumat yayıb. 22 yaşlı müdafiəçinin İngiltərə Premyer Liqası təmsilçisinə transferinin detalları haqda məlumat verilməyib.

Qeyd edək ki, Mikelonko Avro-2020-də 4 oyunda iştirak edib. O, bu mövsüm "Dinamo"nun heyətində isə 15 matçda meydana çıxıb, 3 qolun ötürməsini edib.