Ronaldonun agentindən "Barselona" açıqlaması
Transfer

Ronaldonun agentindən "Barselona" açıqlaması

  • 2022-01-01

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun agenti Jorje Mendeş oyunçunun adının "Barselona" ilə hallanmasına münasibət bildirib.

"Sky Sports"a istinadən, o, portuqaliyalı oyunçunun Mançester təmsilçisində qalacağını deyib:

"Kriştiano Ronaldo "Mançester Yunayted"də çox xoşbəxtdir. Həmişə karyerasında olduğu kimi, o, əla performans göstərməyə davam edəcək. Şübhə etmirəm ki, bu, onun üçün əla mövsüm olacaq”.

Qeyd edək ki,  Ronaldo bu mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 20 oyun keçirib, 14 qol vurub və 3 qolun ötürməsini verib.