"Benfika" baş məşqçisini istefaya göndərdi
Transfer

"Benfika" baş məşqçisini istefaya göndərdi

  • 2021-12-29

"Benfika" baş məşqçisi Jorje Jezusla yolları ayırıb.

Klubun saytına istinadən, onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Baş məşqçi vəzifəsini müvəqqəti olaraq Nelson Verissimo icra edəcək. 

Xatırladaq ki, Jezus 2020-ci ilin yayında "Benfika"nı çalışdırırdı. Komanda onun rəhbərliyi altında Portuqaliya çempionatında 15 matçda 37 xal toplayıb və 3-cü pillədə qərarlaşıb.