Kurzava komandadan ayrıla bilər
Transfer

Kurzava komandadan ayrıla bilər

  • 2021-12-29

"PSJ"nin futbolçusu Leven Kurzava komandadan ayrıla bilər.

29 yaşlı müdafiəçi "Latsio"ya keçmək istəyir.  İtaliya klubu artıq "PSJ" ilə razılıq əldə etməyə yaxındır.

Fransa təmsilçisi oyunçusu üçün 4 milyon avro istəyir. Lakin tərəflərin 2,5 milyona razılaşacağı gözlənilir. 

Qeyd edək ki, 2015-ci ildən "PSJ"nin formasını geyinən müdafiəçi bu mövsüm meydana çıxmayıb.