Ferran Torres "Barselona"da - Rəsmi
Transfer

Ferran Torres "Barselona"da - Rəsmi

  • 2021-12-29

"Barselona" "Mançester Siti”nin hücumçusu Ferran Torresin transferini rəsmiləşdirib. 

Bu barədə hər iki klubun saytı məlumat yayıb. Kataloniya təmsilçisi 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayıb. İspaniya millisinin üzvünün sərbəst qalma məbləği 1 milyard avro dəyərində göstərilib. La Liqa təmsilçisi yeni transferini yanvarın 3-də "Nou Kamp"da azarkeşlərinə təqdim edəcək.

Qeyd edək ki, bu keçidin "Barsa"ya 55+10 milyon avroya başa gəldiyi bildirilir.