Rüdiger "Çelsi"yə şərtlərini irəli sürdü
Transfer

Rüdiger "Çelsi"yə şərtlərini irəli sürdü

  • 2021-12-28

"Çelsi" futbolçusu Antonio Rüdigerlə müqavilənin müddətini uzatmaqla bağlı danışıqlar aparır. 

Britaniya mətbuatına istinadən, alman müdafiəçi London təmsilçisinə öz şərtlərini irəli sürüb.  O, yeni müqaviləyə əsasən, ildə 12 milyon avro qazanmaq istəyir. Klubun bu barədə nə düşündüyü hələlik məlum deyil.

Tərəflər razılığa gələ bilməsələr, "Real" Antonionu transfer etməyə çalışacaq. Artıq "kral klubu"nun nümayəndələri müdafiəçinin agenti ilə ilkin danışıqlar aparıb.

Qeyd edək ki, Rüdigerin "Çelsi" ilə müqaviləsi 2022-ci ilin iyununun sonunda başa çatır. Bu mövsüm o, Premyer Liqada 18 oyun keçirib və 2 qol vurub.