"PSJ"dən "Real Sosyedad"a - Rəsmi
- 2021-12-28
"PSJ"nin futbolçusu Rafinya Alkantara bu mövsümün sonuna kimi icarə əsasında "Real Sosyedad"da çıxış edəcək.
Bu barədə İspaniya klubunun saytı məlumat yayıb.
Qeyd edək ki, Rafinya 2020-ci ilin oktyabrında "Barselona"dan 1,5 milyon avroya Paris təmsilçisinə keçib. Onun "PSJ" ilə müqaviləsi 2023-cü ilin yayına qədər qüvvədədir.