Pirloya Portuqaliyadan təklif
Transfer

Pirloya Portuqaliyadan təklif

  • 2021-12-28

"Yuventus"un sabiq çalışdırıcısı Andrea Pirlo Portuqaliyada çalışa bilər.

"A Bola"ya istinadən, italiyalı mütəxəssisə "Benfika"dan təklif gəlib.

Lissabon təmsilçisi yanvarda Pirlo ilə müqavilə bağlamaq istəyir.

Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü olan 42 yaşlı Pirlo hələlik yalnız "Yuventus"u çalışdırıb.