"Marsel" Sampaoli ilə yolları ayıra bilər
Transfer

"Marsel" Sampaoli ilə yolları ayıra bilər

  • 2021-12-27

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel" baş məşqçisi Xorxe Sampaoli ilə yolları ayıra bilər.

Bu barədə Fransa mətbuatı xəbər yayıb.

Komandanın Avropa Liqasından Konfrans Liqasına yuvarlanması rəhbərliyi narahat edir. Marsel təmsilçisinin sərgilədiyi oyun da qənaətbəxş sayılmır. Buna görə də argentinalı mütəxəssisin yaxın günlərdə istefaya göndərilməsi qeyd olunub.

Sampaolini  komandanın sabiq baş məşqçisi Andre Villaş-Boaş və ya Əlcəzair millisini çalışdıran Camel Belmadinin əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, "Qarabağ"la "Marsel" arasındakı ilk oyun gələn il fevralın 17-də Marseldə, cavab görüşü isə fevralın 24-də Bakıda keçiriləcək.