Messi qalır
Transfer

Messi qalır

  • 2021-06-23

"Barselona"nın hücumçusu Lionel Messi klubunda qalmağa qərar verib.

"COPE"yə əsasən, argentinalı futbolçu Kataloniya təmsilçisinin prezidenti Joan Laportaya müqavilənin uzadılması təklifini qəbul etdiyini bildirib.

Onun 2 illik sözləşmə imzalayacağı vurğulanıb.

Qeyd edək ki, Messinin "Barselona" ilə hazırkı müqaviləsi iyunun 30-u başa çatır.