Haaland üçün əlindən gələni edəcək
Transfer

Haaland üçün əlindən gələni edəcək

  • 2021-12-27

"Barselona"nın prezidenti Joan Laporta "Borussiya"dan (Dortmund) Erling Haalandı transfer etmək üçün əlindən gələni edəcək. 

Bu barədə "Marca" məlumat yayıb. Rəhbər şəxs 21 yaşlı hücumçunun "Real"a keçməsindən qorxur. Laporta düşünür ki, Mbappeni transfer edəcəyi gözlənilən Madrid təmsilçisi Haalandı da heyətinə qatacağı təqdirdə La Liqada "Barselona"ya problem yaradacaq.

Qeyd edək ki, Haaland ötən ildən "Borussiya"da oynayır.