Con Terri "Çelsi"yə qayıdır
Transfer

Con Terri "Çelsi"yə qayıdır

  • 2021-12-27

"Çelsi"nin sabiq kapitanı Con Terri London klubuna qayıdacaq.

"The Atletic"ə istinadən, 41 yaşlı məşqçi "Çelsi"nin akademiyasında çalışacaq. Yayda "Aston Villa"nın məşqçilər korpusunu tərk edən keçmiş müdafiəçi bir neçə Premyer Liqa klubunda işləmək istəsə də, ona təklif gəlməyib.

Qeyd edək ki, C.Terri 19 il – 1998-2017-ci illərdə "Çelsi"nin şərəfini qoruyub.