Salah Premyer Liqanın ən çox qazananı ola bilər
Transfer

Salah Premyer Liqanın ən çox qazananı ola bilər

  • 2021-12-24

"Liverpul" futbolçusu Məhəmməd Salahla yeni müqavilə imzalamaq niyyətindədir. 

Bu barədə ESPN məlumat yayıb. Tərəflər yeni sözləşmə imzalayacaqları təqdirdə 29 yaşlı hücumçu həftəlik 592 min avro qazanacaq və Premyer Liqada ən çox maaş alan futbolçusu olacaq. 

Qeyd edək ki, Salahın klub ilə hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir. O, 2017-ci ildən "Liverpul"da oynayır.