Dembele ilə 5 illik müqavilə bağlanacaq
Transfer

Dembele ilə 5 illik müqavilə bağlanacaq

  • 2021-12-24

"Barselona"nın futbolçusu Usman Dembele ilə müqaviləni yeniləyəcəyi dəqiqləşib.

"Diario Sport"a istinadən, tərəflər arasında gələn həftə  5 illik sözləşmə imzalanacaq.

Fransalı yarımmüdafiəçi maaşının azaldılmasına razılaşıb. 

Qeyd edək ki, 2017-ci ildən "Barselona"da çıxış edən Dembele bu mövsüm La Liqada 5 oyun keçirib, 2 məhsuldar ötürmə verib.