Tiaqo Silva 2023-ə qədər "Çelsi"də
- 2021-12-23
"Çelsi" tezliklə futbolçusu Tiaqo Silva ilə yeni müqavilə imzalayacaq .
Bu barədə jurnalist Fabrizio Romano özünün "Tvitter" hesabında yazıb.Bildirilib ki, London təmsilçisi ilə futbolçu arasında müqavilənin uzadılması ilə bağlı prinsipial razılıq əldə olunub. Braziliyalının "Çelsi" ilə yeni müqaviləsi 2023-cü ilin iyun ayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Silva "Çelsi"yə 28 avqust 2020-ci ildə PSJ-dən azad agent kimi keçib. Futbolçu İngiltərə Premyer Liqasında bu mövsüç 15 matçda meydana çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini verib. Onun klubla müqaviləsi 2022-ci ilin yayında başa çatır.