"İnter" "Ayaks"ın qapıçısını alır
Transfer

"İnter" "Ayaks"ın qapıçısını alır

  • 2021-12-22

"Ayaks"ın qapıçısı Andre Onana "İnter"ə keçəcək.

İtaliya mətbuatında verilən xəbərdə, 25 yaşlı qapıçının Milan təmsilçisi ilə razılığa gəlib. "İnter"in 2022-ci ilin yayında Onana azad agent kimi heyətinə cəlb edəcəyi bildirilib. Tərəflərin artıq yanvarda müqavilə bağlayacağı qeyd  olunub.

"Barselona"nın yetirməsi olan kamerunlu qapıçı 2015-ci ildən "Ayaks"da çıxış edir. O, Kataloniya klubuna qayıdacağı haqda da xəbərlər yayılmışdı.