"Mançester Yunayted"in Kavani qərarı
Transfer

"Mançester Yunayted"in Kavani qərarı

  • 2021-12-21

"Mançester Yunayted"in hücumçusu Edinson Kavani komandada qala bilər.

Daily Mail"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi uruqvaylı futbolçunu mövsümün sonuna qədər Mançester təmsilçisində saxlamaq istəyir.

Bu qərar onunla bağlıdır ki, koronavirus yenidən komandanın əsas oyunçularını sıradan çıxara bilər və Edinson mövsümün ikinci hissəsində komandaya kömək edə biləcək yaxşı futbolçulardan biridir.

Kavaninin "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Qeyd edək ki, 34 yaşlı futbolçu bu mövsüm 8 oyun keçirib və 1 qol vurub. Onunla "Barselona"nın maraqlandığı bildirilir.