"Bavariya" onunla danışıqları bərpa etdi
- 2021-12-21
"Bavariya"nın hücumçusu Kinqsli Komanla yeni müqavilə ilə bağlı danışıqları bərpa edib.
Bu barədə "Bild" nəşri məlumat yayıb. Münhen təmsilçisinin 25 yaşlı oyunçunu komandada saxlamaqdan qərarlı olduğu vurğulanıb.
Qeyd edək ki, Komanın hazırkı müqaviləsi 30 iyun 2023-cü ilə qədər hesablanıb. Fransalı futbolçu bu mövsüm "Bavariya"nın heyətində 16 oyun keçirib, 5 qol vurub və 2 qolun ötürməsini verib.