"Fənərbaxça" baş məşqçisi ilə yolları ayırdı - Rəsmi
Transfer

"Fənərbaxça" baş məşqçisi ilə yolları ayırdı - Rəsmi

  • 2021-12-20

"Fənərbaxça"  baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırıb.

Klubun saytına istinadən, portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında ləğv olunub.

Qeyd edək ki, Pereyra bu ilin iyulun 2-dən İstanbul təmsilçisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda Avropa Liqasında mübarizəni dayandıraraq Konfrans Liqasına düşüb. "Fənərbaxça" Türkiyə Superliqasında isə 17 turdan sonra 28 xalla 5-ci pillədə qərarlaşıb.