"Yuventus" transfer etməyəcək
Transfer

"Yuventus" transfer etməyəcək

  • 2021-12-20

"Yuventus" bu qış transfer pəncərəsində heyətində dəyişiklik etməyəcək.

"Football İtalia"ya istinadən, bu barədə Turin klubunun baş məşqçisi Massimiliano Alleqri məlumat verib:"Yuventus"un heyəti əladır və biz onunla mövsümün sonuna qədər işləməyə davam edəcəyik. Bu oyunçular, şübhəsiz ki, öz inamlarını, formalarını və məqsədlərinə çatmaq istəklərini artıra bilərlər. Biz taktiki, texniki və nəticələr baxımından təkmilləşə bilərik".