"Arsenal" Obameyanqın əvəzləyicisini tapdı
Transfer

"Arsenal" Obameyanqın əvəzləyicisini tapdı

  • 2021-12-17

"Arsenal" futbolçusu Pyer-Emerik Obameyanqla yolları ayırmağı planlaşdırır. 

Bu barədə "Daily Mail" məlumat yayıb. Qabonlu hücumçu bir neçə gün əvvəl nizam-intizamı pozduğuna görə kapitanlıqdan məhrum edilib.

Bildirilib ki, klub artıq afrikalı futbolçuya əvəzləyici axtarışına başlayıb. London təmsilçisi üçün iki oyunçu seçilib. Bunlar "Everton"dan Dominik Kalvert-Lyuin və "Lill"dən Conatan Deviddir.

Qeyd edək ki, Obameyanqla "Barselona"nın maraqlandığı bildirilir.