"İnter" Eriksenlə yolları ayırdı - Rəsmi
- 2021-12-17
"İnter" futbolçusu Kristian Eriksenlə yollarını ayırıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Danimarkalı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Eriksen 2020-21-ci illərdə Milan təmsilçisində oynayıb.
Qeyd edək ki, Eriksenin iyunun 12-də Danimarkanın Finlandiyaya 0:1 hesabı ilə uduzduğu Avropa çempionatının qrup mərhələsinin 1-ci tur oyunu zamanı ürəyi tutub. Bundan sonra təcrübəli yarımmüdafiəçinin ürəyində kardioverter-defibrillyator quraşdırılıb. O vaxtdan Eriksen rəsmi matçlarda bir daha meydana çıxmayıb. Onun "İnter"lə müqaviləsi 2024-cü ilədək qüvvədədir.