Volkan Dəmirəl Superliqa klubunun baş məşqçisi oldu
Transfer

Volkan Dəmirəl Superliqa klubunun baş məşqçisi oldu

  • 2021-12-17

Türkiyə Superliqa təmsilçisi "Fatih Karagümrük" klubuna yeni baş məşqçi təyin edilib.

İstanbul təmsilçisini Volkan Dəmirəl çalışdıracaq. Klubun yaydığı açıqlama 40 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, Türkiyə millisinin sabiq qapıçısı ilk dəfə baş məşqçi kimi fəaliyyət göstərəcək. O, futbolçu karyerasını bitirdikdən sonra 2019-cu ildən 2021-ci ilin yayına kimi "Fənərbaxça"da köməkçi məşqçi kimi işləyib.

Qeyd edək ki, Volkan Dəmirəl "Fatih Karagümrük"ün baş məşqçisi postunda bir neçə gün əvvəl istefaya göndərilən Françesko Fariolini əvəz edib.