Çalhanoğlu "İnter"də
Transfer

Çalhanoğlu "İnter"də

  • 2021-06-22

"Milan"dan ayrılan türkiyəli futbolçu Hakan Çalhanoğlunun "İnter"ə keçidi rəsmiləşib.

Klubun mətbuat xidmətinə əsasən, 27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. İtaliya mətbuatı Hakanın illik maaşının 5 milyon avro olacağını yazıb.


Qeyd edək ki, Türkiyə millisinin üzvü 2017-ci ildən "Milan"da çıxış edirdi. O, bu müddətdə 135 oyuna 22 qol vurub.