"PSJ" 7 futbolçusu ilə yolları ayırır
Transfer

"PSJ" 7 futbolçusu ilə yolları ayırır

  • 2021-12-11

Fransanın "PSJ" klubu maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün 7 futbolçu ilə ayırmağı planlaşdırır.

Bu barədə "L'Équipe" nəşri məlumat yayıb. Bildirilir ki, söhbət qapıçı Serxio Riko, müdafiəçilər Abdou Diallo, Leyvin Kurzava və Kolin Daqba, yarımmüdafiəçilər Erik Ebimba, Rafinya və hücumçu Mauro İkardidən gedir.

Bu futbolçular komandanın baş məşqçisi Maurisio Poçettinonun 33 nəfərlik böyük heyətlə bağlı şikayətindən sonra klubu tərk edə bilər.