Veynaldum Premyer Liqaya qayıda bilər
Transfer

Veynaldum Premyer Liqaya qayıda bilər

  • 2021-12-10

"PSJ"nin yarımmüdafiəçisi Corcino Veynaldum qış transfer pəncərəsi zamanı klubunu dəyişə bilər.

"Sky Sports"a istinadən, 31 yaşlı oyunçu ilə "Arsenal" maraqlanır. London təmsilçisinin bu mövsümün sonuna kimi futbolçunu icarəyə götürməyə hazır olduğunu vurğulanıb.

Bildirilib ki, Veynaldum Paris klubundakı mövqeyindən narazıdır, ona görə də o, "Arsenal"a keçmək variantını nəzərdən keçirməyə hazır olacaq.

Xatırladaq ki, yarımmüdafiəçi ötən yay azad agent kimi "PSJ"yə keçmişdi. Bundan əvvəl o, "Liverpul"da çıxış edib. Veynaldum bu mövsüm 20 oyun keçirib, 3 qol vurub və 1 qolun ötürməsini verib.