Zlatko Daliçlə müqavilə uzadıldı
- 2021-12-08
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç yığmanı çalışdırmağa davam edəcək.
Xorvatiya Futbol İttifaqının rəsmi saytına istinadən, 55 yaşlı mütəxəssislə müqavilə uzadılıb. Onun yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Zlatko Daliç 2017-ci ildən yığmanın sükanı arxasındadır. Komanda onun rəhbərliyi altında 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında finala yüksəlib. Xorvatiya həlledici görüşdə Fransaya 2:4 hesabı ilə uduzub.