Fransa klubu baş məşqçi ilə yolları ayırdı - Rəsmi
Transfer

Fransa klubu baş məşqçi ilə yolları ayırdı - Rəsmi

  • 2021-12-06

Fransanın "Sent Etyen" klubu baş məşqçisi Klod Pyuellə yollarını ayırıb.

Bu barədə Liqa-1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Buna komandanın uğursuz nəticələri səbəb olub. Son olaraq "Renn"ə 0:5 hesabı ilə uduzan "Sent Etyen" ardıcıl 3-cü məğlubiyyətini alıb. Komanda 17 matçda 12 xalla turnir cədvəlində sonuncudur.

Qeyd edək ki, Pyuel 2019-cu ilin oktyabrından komandaya rəhbərlik edirdi.