Kerrik "Mançester Yunayted"dən ayrıldı
Transfer

Kerrik "Mançester Yunayted"dən ayrıldı

  • 2021-12-03

"Mançester Yunayted"in müvəqqəti baş məşqçisi Maykl Kerrik komandanı tərk edib.

İngiltərəli mütəxəssis bunu özü yerli mətbuata açıqlayıb. O, yeni baş məşqçi Ralf Ranqnikin məşqçilər korpusunda yer almayacaq.

Baş məşqçi Ole-Qunnar Sulşerin istefaya göndərilməsindən sonra bu vəzifəni icra edən Kerrik Premyer Liqanın son turunda "Arsenal" üzərində 3:2 hesablı qələbədən sonra komandadan ayrılıb. 

Qeyd edək ki, Kerrik 15 il idi ki, "Mançester Yunayted"də idi. O, 2006-18-ci illərdə futbolçu, 2018-21-ci illərdə məşqçi kimi çalışıb.