Benzema "Liverpul"a keçə bilər
Transfer

Benzema "Liverpul"a keçə bilər

  • 2021-12-03

"Real"hücum xəttini gücləndirməyi planlaşdırır.

"El Nacional"a istinadən, Madrid klubu ya Dortmund "Borussiya"sından Erlinq Haalandı, ya da "PSJ"dən Kilian Mbappenin transferini gündəmdə saxlayıb.

Bu keçidlərdən biri alınsa, Kərim Benzemanın "Real"dan ayrılacağı gözlənilir. Fransız hücumçu ilə "PSJ" və "Liverpul" yaxından maraqlanır. Ancaq "Real"ın "PSJ"ni Avropada əsas rəqibi saydığından klub prezidenti Florentina Peresin Benzemanı Paris təmsilçisinə satmayacağı qeyd olunub. Buna görə də Benzemanın "Liverpul"a keçidi daha real görünür. Futbolçunun özünün də Premyer Liqada oynamaq istəyi olduğu bildirilib.

Qeyd edək ki, 34 yaşlı futbolçu bu mövsüm "Real"ın heyətində 19 oyuna 17 qol vurub.