Kavani yayda "Barselona"ya keçmək istəyir
Transfer

Kavani yayda "Barselona"ya keçmək istəyir

  • 2021-12-03

"Mançester Yunayted"in futbolçusu Edinson Kavani 2022-ci ilin yayında başa çatacaq müqaviləsini yeniləmək istəmir.

"The Times"ə istinadən, uruqvaylı hücumçu "Barselona"ya keçməyi planlaşdırır. Kataloniya klubu mövsümün sonunda azad agent olacaq forvardın keçidində maraqlıdır.

Qeyd edək ki, Kavani 2020-ci ilin yayından "Mançester Yunayted"də çıxış edir. 34 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 5 oyuna 1 qol vurub.