"Qalatasaray"da yeni müqavilə
- 2021-12-02
"Qalatasaray" futbolçusu Kerem Aktürkoğlu ilə müqaviləni uzadıb.
Klubun rəsmi saytına istinadən, 23 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Türkiyə millisinin üzvü 2020-ci ildən İstanbul təmsilçisində çıxış edir. O, bu müddətdə 54 rəsmi oyunda 12 qol vurub, 8 qol ötürməsi edib.