"Həmin vaxt Zidan işsiz olarsa, yada düşəcək"
- 2021-12-01
Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrey millinin baş məşqçisi vəzifəsinə "Real"ın keçmiş çalışdırıcısı Zinəddin Zidanın gətiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
O,sözügedən məlumatlara belə cavab verib:
"Fərz edək ki, dünya çempionatından sonra hazırkı baş məşqçimiz Didye Deşam mənə davam etmək istəmədiyini söylədi. Açığı, həmin vaxt Zidan işsiz olarsa, yada düşəcək. Mundiala yeni vəsiqə qazanmışıq. Ona görə də indi bu barədə danışmağın vaxtı deyil".
Qeyd edək ki, Zinəddin Zidan bu ilin yayında "Real"dan ayrıldıqdan bəri işsizdir.