Klaudio Taffarel "Liverpul"da
- 2021-12-01
Braziliya millisinin və "Qalatasaray"ın sabiq qapıçısı Klaudio Taffarel "Liverpul"da işləyəcək.
"The Atletic"ə istinadən, o, Con Axterberqlə birlikdə komandada qapıçılar üzrə məşqçi vəzifəsində çalışacaq.
Qeyd edək ki, 1998 - 2001-ci illərdə "Qalatasaray"da çıxış edən Taffarel İstanbul klubu ilə UEFA Kuboku və Superkubokunu qazanıb. 55 yaşlı mütəxəssis müxtəlif vaxtlarda "Qalatasaray"da və Braziliya millisində qapıçılar üzər məşqçi kimi çalışıb.