"Mançester Yunayted"in ilk hədəfi
Transfer

"Mançester Yunayted"in ilk hədəfi

  • 2021-12-01

"Mançester Yunayted" qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

Premyer Liqa təmsilçisinin baş məşqçisi Ralf Ranqnikin ilk hədəfi "Leypsiq"in yarımmüdafiəçisi Amadu Haydaradı. "Qırmızı şeytanlar" malili futbolçu üçün Bundesliqa klubuna təklif göndərəcək.

Qeyd edək ki, Haydara "Leypsiq"ə 2019-cu ildə "Zalsburq"dan transfer olub. 23 yaşlı yarımmüdafiəçi bu mövsüm Almaniya klubunun heyətində meydana çıxdığı 17 oyunda 3 qol vurub.