Bordin istefaya göndərildi
Transfer

Bordin istefaya göndərildi

  • 2021-12-01

Moldova millisinin baş məşqçisi Roberto Bordin istefaya göndərilib.

Bu barədə 56 yaşlı mütəxəssis öz İnstaqram səhifəsində paylaşım edib. O, yığmadakı fəaliyyətinin başa çatdığını bildirib. İtaliyalı mütəxəssis bu ilin fevralından Moldova millisini çalışdırırdı.

Qeyd edək ki, Roberto Bordin 2018-ci ilin iyulundan 2020-ci ilin yanvarınadək "Neftçi"nin baş məşqçisi olub.