"Mançester Yunayted"in yeni baş məşqçisi - Rəsmi
Transfer

"Mançester Yunayted"in yeni baş məşqçisi - Rəsmi

  • 2021-11-29

"Mançester Yunayted"in yeni baş məşqçisi müəyyənləşib.

İngiltərə klubu saytına istinadən, Moskva "Lokomotiv"inin idman və inkişaf departamentinin rəhbəri Ralf Ranqnik komandanın yeni baş məşqçisi təyin edilib. O, mövsümün sonuna kimi komandanın müvəqqəti baş məşqçisi olacaq, bundan sonra iki il klubun strukturunda çalışacaq. Bildirilib ki, Ralf Ranqnikə işçi vizası alınana kimi komandanı Michal Carrick çalışdırmağa davam edəcək.

Baş məşqçi komandaya gəlişi ilə bağlı danışıb: Mən "Mançester Yunayted"'ə qoşulduğum üçün həyəcanlıyam və bütün diqqətimi bu mövsümü klub üçün uğurlu bir mövsüm etməyə yönəltmişəm. Heyət istedadlı futbolçularla doludur, gənclər və təcrübəlilər arasında möhtəşəm balans var. Önümüzdəki altı ay boyunca bu oyunçulara şəxsi və ən əsası komanda olaraq potensiallarını göstərməklərinə yardım etmək üçün bütün cəhdlərimi edəcəm. Bundan əlavə, klubun uzunmüddətli hədəflərinə konsultant olaraq yardımçı olmaq üçün səbrsizlənirəm.

Qeyd edək ki, 63 yaşlı almaniyalı mütəxəssis "Ştutqart", "Şalke", "Hoffenyam", "Hannover" və "Leyptsiq" klublarında baş məşqçi kimi çalışıb.