Sergen Yalçınla bağlı son qərar verildi
- 2021-11-29
"Beşiktaş" baş məşqçisi Sergen Yalçınla bağlı qərar verib.
"Milliyet"ə istinadən, İstanbul təmsilçisinin vitse-prezidenti Emre Kocadağ bunu Türkiyə mətbuatına açıqlamasında deyib. O, baş məşqçi ilə yollarına davam edəcəklərini bildirib.
Qeyd edək ki, "Beşiktaş" Superliqanın son turunda evdə "Giresunspor"a 0:4 hesabı ilə uduzub. Komanda hazırda 20 xalla 10-cu pillədə qərarlaşıb və lider "Trabzonspor"dan 16 xal geridədir.