"Zidanla müqavilə razılaşdırılıb"
Transfer

"Zidanla müqavilə razılaşdırılıb"

  • 2021-11-27

"PSJ"nin sahibi Təmim bin Həməd Əl-Taninin qardaşı Xəlifə bin Həməd Əl-Tani Zinəddin Zidanın Paris təmsilçisinə mümkün təyinatından danışıb.

O, "Tvitter" hesabından klubun artıq fransalı mütəxəssislə müqavilə ilə bağlı razılığa gəldiyini yazıb: "Müqavilə razılaşdırılıb. Bu yaxınlarda rəsmi şəkildə elan olunacaq. Xoş gəldiniz, Zidan".

Qeyd edək ki, Zidanın "Mançester Yunayted"ə getmək ehtimalı olan Maurisio Poçettinonu əvəzləyəcəyi bildirilir.