"Mançester Yunayted"in yeni baş məşqçi hədəfi
Transfer

"Mançester Yunayted"in yeni baş məşqçi hədəfi

  • 2021-11-26

"Mançester Yunayted"in yeni baş məşqçisi müəyyənləşib.

"The Atletic"ə istinadən, İngiltərə klubu Moskva "Lokomotiv"inin idman və inkişaf departamentinin rəhbəri Ralf Ranqniklə razılığa gəlib.

Mənbənin məlumatına görə, o, mövsümün sonuna kimi komandanın müvəqqəti baş məşqçisi olacaq, bundan sonra iki il klubun strukturunda çalışacaq. 

Qeyd edək ki, 63 yaşlı almaniyalı mütəxəssis "Ştutqart", "Şalke", "Hoffenyam", "Hannover" və "Leyptsiq" klublarında baş məşqçi kimi çalışıb.